Azərbaycanın güləş milliləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatını 12 medalla başa vurublar.
“Unikal” xəbər verir ki, yarışın son günündə sərbəst güləşçi Turan Bayramov 74 kq çəki dərəcəsində qitə çempionu olub.
Fərid Cabbarov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medal şansını əldən veriblər.
Beləliklə, Azərbaycanın güləş yığmaları Avropa çempionatını ümumilikdə 6 qızıl, 3 gümüş, 3 bürünc medalla tamamlayıblar.
Sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.
20:38
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
“Unikal” xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.
Bir gün əvvəl bütün rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakondan güclü olub.
Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün Fərid Cabbarov (86 kq) təsəlliverici görüşdə Moldova təmsilçisi İvan İçizliyə uduzaraq, üçüncülük şansını əldən verib.