Küveytin “Kuwait Oil Company” (KOCKW) şirkəti ölkənin qərbində baş verən neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, şirkətin mətbuat katibi Husay Əl-Həmər hadisə nəticəsində xəsarət alanın olmadığını, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası aşkar edilmədiyini bildirib.
Neft hasilatının adi rejimdə davam etdirildiyi bildirilir. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.