Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) nüvə yanacağı ilə doldurulması mərasimində hansı formatda iştirak edəcəyi müəyyənləşməyib.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O, Putinin aprelin 27-də "Akkuyu" AES-də nüvə yanacağının doldurulması mərasimində iştirakının formatı ilə bağlı dəqiq qərarın hələ qəbul edilmədiyini söyləyib.