Qafqazda çox həssas bir neçə məsələ var, onlardan biri də Azərbaycan sərhədləri yaxınlığında sionist rejim ünsürlərinin olmasıdır.
"Unikal" xəbər verir ki, bu barədə İran ordusunun quru qoşunlarının komandanı, general Kiomart Heydəri məlumat verib.
Onun sözlərinə görə, İran sionist ünsürlərin qonşu ölkələrdə mövcudluğuna dözməyəcək və onlara qarşı çıxacaq: "Digər problem regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmət edir və onların dəyişməsinə imkan verməyəcək".
Ağarza Elçinoğlu