"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
"Unikal" xəbər verir ki, maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib.
Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib.
Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Səernişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur.