Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu gün Azərbaycanın İrandakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib.

"Konstruktiv söhbət zamanı ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri müzakirə edilib, bir sıra aktual regional mövzulara, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması perspektivlərinə toxunulub", - Rusiya diplomatik departamentinin məlumatında deyilir.

Ağarza Elçinoğlu