“Çin Ukrayna müharibəsinin həllində vasitəçi ola bilməz”.

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

“El Espanol” tərəfindən təşkil edilən “Oyan, İspaniya!” tədbirində çıxışı zamanı Borrel bildirib ki, “bütün müharibələr danışıqlarla bitir”. Lakin o qeyd edib ki, Çin vasitəçi ola bilməz, vəziyyətin yaxşılaşdırılmasına töhfə verə bilər.

Siyasətçi əlavə edib ki, Ukrayna müharibəsi Aİ üçün bir növ geosiyasi oyanışa çevrilib.