ABŞ-ın Oklahoma City şəhərində gecə klubuna silahlı hücum nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, ötən gecə ABŞ-ın Oklahoma ştatının Oklahoma City şəhərindəki gecə klubundan atışma səsləri eşidilib . Xəbər üzərinə hadisə yerinə gələn polis gecə klubunda 3 nəfərin cansız cəsədini aşkar edib.

Güllə yarası alan 3 nəfər xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı təhqiqat başlansa da, hücumun kim və kimlər tərəfindən törədildiyinə dair heç bir açıqlama verilməyib.