Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, Rusiya XİN söhbətin məzmununu açıqlayıb.
Bildirilib ki, Lavrov Blinkenlə söhbətində Vaşinqtonun dövlət sirri təşkil edən məlumatları toplamağa çalışan jurnalist Evan Gerşkoviçin saxlanması ətrafında ajiotaj yaratmasının yolverilməz olduğunu vurğulayıb,
"Onun sonrakı taleyini məhkəmə müəyyən edəcək", - Lavrov qeyd edib.
ABŞ Dövlət Departamenti isə telefon danışığı barədə bildirib ki, Blinken Lavrovla söhbətində Gerşkoviçin azad olunmasını tələb edib.