İspaniya 200 Ukrayna vətəndaşı üçün ilkin hərbi təlim keçib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna əsgərlərinin Toledodakı hərbi akademiyada beş həftə davam edən təlimi başa çatıb.
Sözügedən qrupla İspaniya silahlı qüvvələri tərəfindən təlim keçmiş əsgərlərin sayı hazırda 639 nəfərdir. Hərbçilər Avropa İttifaqının (Aİ) Ukraynaya Dəstək Hərbi Yardım Missiyası çərçivəsində əsas döyüş texnikaları üzrə təlim keçiblər.
Qeyd olunur ki, təlim keçənlər nə elit qoşunlar, nə də tankçılardır: onlar əsasən orta yaş həddi 36 olan, hərbi təlim mərkəzlərinə gələn mülki şəxslərdir.
Ağarza Elçinoğlu