Bakının Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saat-a endirilib.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Agentlik sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edir.