Son günlərdə qalmaqala səbəb olan 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova ondan şikayət edən yeniyetmə Məhəmməd Hacıyevlə görüşəcək.
Bu barədə "Unikal"a açıqlamasında Məhbubə Hüseynova özü məlumat verib.
"Bir neçə qurumdan uşaq evinə yoxlama gəlmişdi. Elə indicə onları yola saldım. Sabah isə Məhəmməd Hacıyevlə görüşəcəm", - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilib.
Murad İbrahimli