Shane Academy-də təhsil alan 10 tələbədən ibarət Azərbaycan komandası 24-26 mart tarixlərində Nyu-yorkda BMT-nin Baş ofisində ölkəmizin tarixini, siyasətini yüksək səviyyədə təmsil ediblər.
"Unikal" xəbər verir ki, 200-dən çox ölkədən 5500 tələbənin qatıldığı “Dünyanın dəyişdirilməsi” adlı bu layihə çərçivəsində tələbələr bir ölkənin, təşkilatın nümayəndəsi kimi çıxış edir və dünyanın fərqli bölgələrindən gəlmiş nümayəndələrlə problemi həll edirlər. Bu layihə iştirakçılara tənqidi təfəkkür, komanda işi və liderliklə yanaşı, tədqiqat, ictimai çıxış, debat və yazı kimi bacarıqları da öyrədir.
Layihənin əsas məqsədi sabahın liderlərinin formalaşmasına töhfə vermək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır. Bu səbəbdəndir ki, gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini veriblər.
Qeyd edək ki, ən az komanda üzvünə sahib olmasına və 100 nəfər üzvü olan komandalar 1 medala layiq görüldükləri halda, Azərbaycan komandası 4 medal və müxtəlif sertifikatlara layiq görülüb.
Azərbaycanlı tələbələr BMT-nin baş ofisində Azərbaycanı təmsil ediblər - FOTO
19:16 04-04-2023
CƏMİYYƏT
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06