"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi" serialı üçün final qərarı alınıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 41-ci bölümdə izləyicilərə vida edəcək. Buna səbəb isə serialın reytinqlərdə geriləməsi olub.

Qeyd edək ki, serialın baş rollarını Devrim Özkanla Ertan Saban canlandırır.