Səhhətində yaranan problemlər və istefa iddiaları ilə gündəmə gələn Papa Fransisk Pasxa bayramı öncəsi yoxsulların ayaqlarının yuyulması mərasimi üçün Romadakı uşaq islahxanasına baş çəkib. 

"Unikal" xəbər verir ki, Papa bayramı öncəsi keçirilən ənənəvi mərasimdə islah müəssisəsində qalan 12 gənc məhkumun əvvəlcə ayaqlarını yuyub, sonra isə öpüb.

Papanın ayaqlarını yuyub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.