Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib. 

"Unikal" xəbər verir ki, Xətai rayonunda “Bravo” superstorun qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 402 ədəd işlənmiş batareya, ümumi tutumu 169 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. 

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.

Qeyd edək ki, növbəti ting paylama aksiyası 9 aprel tarixində Qaradağ rayonu, Qobu park yaşayış massivində keçiriləcək. Aksiyaların keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.