Xalq artisti Azərpaşa Nemətovla vida mərasiminin vaxtı dəyişdirilib.

Bu barədə “Unikal”a Akademik Milli Dram Teatrından bildirilib.

Belə ki, vida mərasimi sabah saat 15:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.

Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.

18:05

Azərpaşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azər Paşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

17:47

Xalq artisti Azərpaşa Nemətov vəfat edib

"Unikal" xəbər verir ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.

Məlumatı teatrdan təsdiqləyiblər.