Rusiya ABŞ, İngiltərə və Almaniya da daxil olmaqla NATO üzvü olan qərb dövlətlərinin əks-hücumları üçün Ukraynaya çatdırılan müasir tanklara qarşı lazımi tədbirləri görür.

"Unikal" xəbər verir ki, Rusiya Baş Qərargahının Döyüş Hazırlığı Mərkəzinin rəhbəri Yevgeni Arifulin Qərb ölkələrinin Kiyevə verdiyi tanklarla mübarizə aparmaq üçün Rusiya Silahlı Qüvvələrində xüsusi tank məhv edən qrupların yaradıldığını açıqlayıb.

Rusiya ordusunun tərkibində yaradılan bu dəstələr müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurovun göstərişi ilə təşkil edilib. Baş döyüş hazırlığının rəisi general-polkovnik İvan Buvaltsev və onun komandası metodiki tövsiyələr işləyib hazırlamış və onun həyata keçirilməsi üçün metodologiyanı təşkil etmişdir.

Rus hərbçiləri müxtəlif tank növlərini, o cümlədən Abrams, Leopard 2, Challenger və s.

Arifulin, "Biz onların güclü və zəif tərəflərini bilirik və bu istiqamətdə kadrlar yetişdiririk. Bu tank sistemləri üçün ova başlayacaq qruplar olacaq. Həmçinin burada tankçılara tank dueli üçün təlim keçiləcək" -deyə bildirib.

Yeni yaradılan qruplarda snayperlər, qumbaraatanlar, kamikadze dron operatorları hazırlanır.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri Ukraynaya sursat və hərbi ləvazimatların istehsalını və daşınmasını artırıb. İlk Leopard 2 və Challenger 2 tankları artıq Ukraynaya gəlib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynaya 150 milyard avro yardım, o cümlədən 65 milyard avro hərbi dəstək verib.

Qərb aprel ayına qədər Ukraynaya 293 tank daşımağı planlaşdırır. Kiyevin indiyədək 57 tank aldığı iddia edilir.