Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin II korpusunda (Cəfər Xəndan 17)“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliq və yaşatmaqdan ibarət idi. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiyada ATMU-nun professor-müəllim,inzibat və tələbə heyəti yaxından iştirak edib. Aksiya iştirakçıları tərəfindən universitet ərazisində həmişəyaşıl və dekorativ ağaclar əkilib. quruyan ağaclar isə yeniləri ilə əvəz edilib.
ATMU-dan verilən məlumatda bildirilir ki, universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı digər tədbirlər də keçiriləcək.