Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, İsmayıllı, Şəki və Göygöl rayonları ərazisində, vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Rustov kənd sakini Samir Məhərrəmov, İsmayıllı rayonu, Minkə kənd sakinləri Allahverdi Mahmudov, Fərid Müseyibli, Şəki rayonu, Baş Zəyzid kənd sakini Fizuli Nəsrullayev və Göygöl rayonu, Əzgilli kənd sakini Elmar Verdiyev olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.