“Bosch” brendinin Azərbaycandakı rəsmi distributoru olan “Kontakt” böyük sürprizlərlə dolu “Bosch günləri” elan edir. Bu kampaniya cehiz hazırlıqları görənlər üçün əsl fürsətdir. Yalnız aprelin 16-dək brendin 100-lərlə çeşid məhsulunu “Kontakt Home” mağazalarından hissəli alışla ilkin ödənişsiz, 18 ay faizsiz şərtlərlə əldə etmə şansınız var. Nağd alış-veriş zamanı isə xüsusi endirimlər mövcuddur. Bundan savayı, şəbəkə müştərilərinə endirimli qiyməti yerindəcə 3 aya bölmə imkanı da təklif edir.

Artıq 3 ildir ki, “Bosch” məhsulları ilə əsl Alman keyfiyyətini ayağınıza gətirən “Kontakt” öz mağazalarında brendin həm böyük, həm də kiçik məişətə aid əşyalarını satış üçün təqdim edir. Paltaryuyan, qabyuyan, soyuducu, aspirator, dondurucu, plitə, soba, tozsoran, mətbəx kombaynı, izqara, toster, çaydan, şirəçəkən, blender, doğrayıcı və qəhvəbişirən kimi məhsulların ən zəngin seçimlərini şəbəkənin mağazalarından 3 ilədək rəsmi istehsalçı zəmanətilə alıb, evinizi ürəklə “Bosch”a həvalə edə bilərsiniz.

İndi isə gəlin “Bosch günləri”nin bəzi təklifləri ilə tanış olaq:

  • Həcmi 3,8 lt olan Bosch mətbəx kombaynı 2,4 kq-a qədər biskvit xəmiri hazırlaya bilir. Çırpma, qarışdırma və xəmiryoğurma funksiyalarını özündə birləşdirən bu modeli nağd alışda 390 yox, endirimlə cəmi 219 manat ödəyərək əldə edə bilərsiniz.
  • Qiyməti 210 yox, cəmi 139 manat olan Bosch izqarası ilə ləzzətli manqal yeməkləri sizinçün həmişəkindən daha əlçatan olacaq. Modelin gücü 2000 Vt-dır. Bişirmə səthləri yapışmayan alüminiumdan ibarətdir və lövhələr asanlıqla çıxarılıb qabyuyan maşında yuyula bilər.
  • 12 dəst tutumlu Bosch qabyuyanı hissəli alışla ayda cəmi 72 manata olub, su istifadəsi, suyun isinmə dərəcəsi və yaxalama vaxtını qabların çirklənmə səviyyəsinə uyğun olaraq tənzimləyir. Bu da həm suya, həm də enerjiyə qənaət etməklə qüsursuz təmizlik deməkdir. Modelin mühərriki səssiz və səmərəli çalışır.
  • Qonaqlarınızı dadlı yeməklərlə qarşılamaq üçün mətbəxdə saatlarla vaxt keçirməyinizə ehtiyac yoxdur. Ümumi tutumu 67 lt olan Bosch sobası 8 proqramı sayəsində istədiyiniz nəticəni qısa zamanda əldə etməyinizə kömək edəcək. Qiymət isə ayda cəmi 52 manat.

Qeyd edək ki, bütün “Bosch” məhsullarını əhatə edən cəlbedici fürsətlər yalnız və yalnız aprelin 16-dək keçərlidir. Odur ki, brendin tələbatınıza və büdcənizə uyğun olan məhsullarını rəsmi satış mərkəzindən - “Kontakt Home” mağazalarından əldə etməyə tələsin. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, sizə yaxın ünvanı isə buradan tapa bilərsiniz.