Cənubi Koreya hökuməti Şimali Koreyanın 4 gün ərzində transsərhəd əlaqə və hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərə cavab vermədiyini bildirib.

"Unikal" xəbər verir  ki, bu  barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Şimali Koreya cümə günündən bəri adi zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli şəkildə kəsmiş kimi görünür", - nazirliyinin açıqlamasında deyilir.