Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları Bakı-Naxçıvan reysi ilə muxtar respublikaya gələn, narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən Naxçıvan şəhər sakini Abbas Səfərovu saxlayıb.
"Unikal" xəbər verir ki, yoxlama zamanı Abbas Səfərovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam edir.