Daim əməkdaşlarının karyera və şəxsi inkişafına dəstək olan Expressbank, “İnkişaf Mərkəzi”nin yeni və daha geniş ofisinin açlışını həyata keçirdi. Açılış mərasimi Bankın idarə heyəti və struktur rəhbərlərinin iştirakı ilə baş tutdu.

"Unikal" xəbər verir ki, istifadəyə verilən mərkəzin yeni ofisində bank əməkdaşlarının faydalana biləcəyi geniş təlim zalları və kitabxana fəaliyyət göstərir.

Qeyd edək ki, Expressbank daim əməkdaşları üçün müxtəlif ixtisasyönümlü ödənişli proqram və təlimlər də təşkil edir.

“Birgə inkişafımız, birgə uğurumuz” sloqanı ilə çıxış edən Expressbank “İnkişaf Mərkəzi” ona dəyər qatan əməkdaşları üçün daha çox üstünlüklər yaratmağı hədəfləyir.

Siz də Expressbank komandasına qoşulmaq istəyirsinizsə, aşağıdakı link vasitəsilə vakansiyalarla tanış ola bilərsiniz.

Vakansiyalar