Bakıda su quyusunda meyit aşkarlanıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.