Sabah “Türkiyənin Meqa Layihələri” arasında yer alan Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə veriləcək.
"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Ankara-Sivas yüksək sürətli qatar saatda 250 km sürətlə hərəkət edəcək və marşrut boyunca cəmi 8 dayanacaqdan ibarət olacaq.
Qatar xətti səyahət vaxtını azaltdığı kimi, Ankara ilə Sivas arasındakı məsafəni 603 kilometrdən 405 kilometrə endirəcək.
Xəttin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.