Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dörd türk kanalında aprelin 27-nə planlaşdırılan televiziya müsahibəsini ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə BirGün nəşri məlumat yayıb .

Qəzetin məlumatına görə, Türkiyə dövlət başçısı Euro d, ATV Europe, NTV Europe və TRT World telekanallarına canlı müsahibə verməyi planlaşdırıb.

Ərdoğanla müsahibə və onun planları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.

Daha əvvəl Ərdoğanın cümə axşamı günü keçiriləcək rəsmi tədbirlərə onlayn qatılacağı iddia edilmişdi .

Ərdoğanın seçki kampaniyası çərçivəsində aprelin 26-da keçiriləcək görüşləri həkimlərin məsləhəti ilə ləğv etdiyi də məlumdur . Yayım davam edəndə Türkiyə prezidenti “mədəsində soyuqluq olduğunu” izah edib. Aparıcılar ona iki sual veriblər və bundan sonra müsahibə yekunlaşıb.

22:58

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılışında onlayn iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin CNN kanalı məlumat yayıb.

18:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də Akkuyu AES-də yanacaq tədarükü mərasimində iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin dövlət telekanalı A Haber məlumat yayıb.

Bundan əlavə, telekanal qeyd edir ki, mərasimdən əvvəl Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparacaq, bu danışıqlarda Türkiyə ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı və Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Bu arada, çərşənbənin əvvəlində Ərdoğan həkimlərin məsləhəti ilə həmin gün bütün ictimai tədbirləri ləğv etmək qərarına gəldiyini bildirib. Bir gün əvvəl o, Türkiyə telekanallarına müsahibə zamanı özünü pis hiss edib, buna görə canlı yayım 20 dəqiqə kəsilib. Ərdoğanın sözlərinə görə, buna “mədə qripi” səbəb olub.