Bolqarıstan hökuməti 9-10-cu siniflərdə məktəblilər üçün hərbi hazırlıq dərslərinin keçirilməsini nəzərdə tutan qərarı təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə "The Sofia Globe" məlumat yayıb.
Qərar “Silahlı Qüvvələrin ehtiyatı haqqında” qanuna 2020-ci ildə qəbul edilmiş dəyişikliklərə əsaslanıb.
Hökumət izah edib ki, sənəd 9-10-cu sinif şagirdlərinin təhsilini, eləcə də bu ilin sentyabrından həyata keçirilən şagirdlərin təhsili üçün hərbi kadrların və mülki mütəxəssislərin hazırlanmasını tənzimləyir.
Kurs ildə beş dərs saatından ibarət olacaq. Şagirdlər vətənin müdafiəsi, hərbi xarakterli böhranlı vəziyyətlərdə silahlı qüvvələr tərəfindən əhaliyə yardım göstərilməsi, ordunun yaranma tarixi və vəzifələri haqqında nəzəri məlumatlar alacaqlar.
Gülayə Mecid