Türkiyədə Səyyad adlı azərbaycanlı taksi sürücüsünün Ərdoğanla bağlı videosu gündəm yaradıb. 

"Unikal"ın məlumatına görə, o,  türkiyəli sərnişinlərlə Türkiyədəki seçkilərlə bağlı həmsöhbət olub. 

"Mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkilərə maraq təkcə qardaş ölkədə deyil, regionda və dünyada pik həddə çatıb. Ölkəmizdə də seçki kampaniyasına maraq yüksəkdir. Bu da təbiidir. Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipini sözdə deyil, əməldə həyata keçirib. Azərbaycan xalqı seçkiləri və onların nəticələrini diqqətlə izləyir. Ərdoğan böyük şəxsiyyətdir, onu ikinci Atatürk adlandırmaq olar”, - deyə taksi sürücüsü ifadə edib. 

Gülayə Mecid 


@unikal.az "Ərdoğan ikinci Atatürkdür" - Türkiyədə məşhurlaşan azərbaycanlı#kesfetteyiz #unikal #ərdoğan #taksi ♬ orijinal ses - Unikal.az