Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb. Rayon sakini, Elvin Soltan oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1959-cu il təvəllüdlü Musayev Rövşən Əşrəf oğlunu vurub. O, hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov