Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” maraklı minik maşını divara çırpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Sezar Cəfərov Bəhram oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov