Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21074" maraklı minik maşını körpüyə çırpılıb. Qəza zamanı sürücü 1998-ci il təvəllüdlü 
Setdam Mirzəyev xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov