Xəbər verdiyimiz kimi, ötən gün Qəbələdə baş verən qəza nəticəsində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cabbarlı İlham Aləddin oğlu dünyasını dəyişib.

"Unikal" qəzada həlak olan polis əməkdaşının fotosunu əldə edib.

***

Ötən gün saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Cabbarlı İlham Aləddin oğlu etibarnamə əsasında idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirməsi nəticəsində avtomobil yolun sol kənarında olan ağaca çırpılıb.

"Unikal"ın məlumatına görə, aldıqları bədən xəsarətlərindən sürücü İ.Cabbarlı və sərnişin Mahmudlu Hafiz Bəxtiyar oğlu ölmüş, digər sərnişin Əzizli Elşad Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ RMX-na yerləşdirilib.

Faktla bağlı DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

***

Qəbələdə avtomobil ağaca çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli