24.04.2023-cü il tarixdə Qəhrəmanov Vaqif İsə oğlu idarə etdiyi "QAZ 2410" markalı avtomobil ilə Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə toqquşub.

"Unikal"ın məlumatına görə, nəticədə sürücülər V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mersedes Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib, V.Qəhrəmanov 03.05.2023-cü il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı 03.05.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Murad İbrahimli