Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirdiyinə görə barəsində cinayət işi açılan idmançı Rəvan Nəbizadə polis tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, o, barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

Binəqədi Rayon Məhkəməsinə gətirilən R.Nəbizadənin həbs ediləcəyi gözlənilir.

***17:51

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qeydə alınmış münaqişə barədə yayılan görüntülər barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.