Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında qeyd olunub.

Məlumata görə, bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.