Polşa Hərbi Hava Qüvvələrinin Texniki İnstitutu apreldə Polşanın Bıdqoş şəhəri yaxınlığında düşən raketin fraqmentlərinin Ukraynanın S-300-ə yox, Rusiyanın X-55-ə aid olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat verib.
Bildirilir ki, raket Belarus tərəfdən gəlib.
"NATO hava məkanı yaxınlığında Su-34 çoxməqsədli taktiki bombardmançı təyyarənin peyda olması səbəbindən NATO-nun döyüş təyyarələri havaya qaldırılıb. Belarusdan Polşaya uçan obyekt xidmətlərimizin radarına düşüb. Polşa xidmətləri obyekti izləyib, lakin Bıqdoş yaxınlığında onu gözdən itirib. Bu, aprelin sonunda raket qalıqlarının təsadüfən aşkar edildiyi yerdən təxminən iki kilometr aralıda baş verib”, - KİV yazıb.