Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri  Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsinə münasibət bildirib. 

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada çıxışı zamanı danışıb.

“Namizədlərdən biri geri çəkilib. Onun namizədliyini niyə geri çəkməsini anlamaq mümkün deyil. Doğrusu təəssüfləndim, kaş bu mübarizə sonuna qədər davam edərdi. Bu yola digərləri ilə davam edirik. Önəmli olan millətimin verəcəyi qərardır”, - deyə Türkiyə lideri bildirib.