“Heydər Əliyev İli” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə şahmat turniri təşkil olunub.

"Unikal" xəbər verir ki, şahmat turnirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumlarının əməkdaşları iştirak ediblər.

Nazirlikdə turnir qaliblərinin təltifetmə mərasimi keçirilib.

Şahmat turnirində birinci yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rövşən Babaşov qazanıb. İkinci yerin sahibi Azərkosmosun əməkdaşı Orxan Muxtarov, üçüncü yerin sahibi isə AYNA-nın əməkdaşı İzzət Rəhimli olub. 

İlk üç yerin qalibinə diplom və müxtəlif hədiyyələr təqdim olunub.