İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, bu gün saat 14:30 radələrində İsmayıllı şəhərində "VAZ 2106" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Aşıqbayramlı kənd sakini, 1994-cü il təvəllüdlü Babayev Elsevər Səmid oğlu, İsmayıllı şəhər sakini, 1998-ci il təvəllüdlü Axundov Ağarəhim Şirzad oğlu və 2007-ci il təvəllüdlü Talıbov Sənan Şafiq oğlu xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov