Bakıda bədbəxt hadisə baş verib. 

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

68 yaşlı rayon sakini Kamal Bəylər oğlu Nağıyev iş görərkən nərdivandan yıxılıb.

Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.