Gəncədə iki minik avtomobili toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki "Niva" toqquşub. Qəzadan sonra avtomobilərin biri yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov