Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. 22-BF-428 dövlət nömrə nişanlı "VAZ 2106" və 99-HU-084 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov