“Günay Sığorta” ASC-də yeni təyinat olub.

"Unikal" xəbər verir ki, Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə İdarə Heyətinin üzvü Rzayev Pərviz Səxavət oğlu təyin olunub.

Pərviz Rzayev 2020-ci ildən “Günay Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. İdarə Heyətinin sədri vəzifəsini icra edən Hikmət Salmanlı isə öz faəliyyətini İdarə Heyətinin üzvü kimi davam etdirəcək.