Xaçmazda rayonunda qatarla minik avtomobili toqquşub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb. Qorunmayan dəmiryolu keçidini keçməyə çalışan nəqliyyat vasitəsi hərəkətdə olan qatarla toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Qəzadan sonra ərazisə nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.