Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi 1948-ci il təvəllüdlü Xan Xoyski Azad Cəfər oğlunun meyiti Gəncə şəhər Əziz Əliyev küçəsi bina 5-də olan mənzillərin birində aşkarlanıb.
"Unikal" report-a istinadən xəbər verir ki, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Həmçinin tarix elmləri doktoru, professor olub