Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.