Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, olay rayonun Mallı-Şıxlı kəndində baş verib.

Hadisə zamanı VAZ 2106 markalı avtomobilin sürücü idarəetməni itirib və iki nəfər xəsarət alıb.

Yaralılardan sürücü 1958-ci il təvəllüdlü Əhmədov Muxtar Soltan oğlu rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sərnişinin – sürücünün həyat yoldaşının vəziyyəti normal olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.