Bu gün Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Şəfibəyli-Zeyvə yolunda qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək, VAZ-2106 markalı avtomobilini arxadan vurub. Daha sonra isə “Nissan Tida” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı “Niva” aşıb və sərnişini xəsarət alıb. Xəstəxanaya aparılan şəxsin qolunun sındığı məlum olub.