Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər cinsi azlıq nümayəndələridir.  Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib. 

Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib. Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib.

Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.

 

***

10:33

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda polis əməkdaşına dəyənəklə zərbə endirən qadınla bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

10:22

Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.

"Unikal" Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən "Sevinc" restoranının qarşısında baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.